Tramp: Aİ avtomobillərinə 25% tarif tətbiq olunacaq
Donald Tramp cümə günü bildirib ki, Avropa İttifaqından idxal edilən avtomobil və yük maşınlarına tətbiq olunan tarifləri gələn həftə 25%-ə qaldıracaq. O, bu addımı blokun əvvəlki ticarət razılaşmasına əməl etməməsi ilə əsaslandırıb.
Tramp daha əvvəl Ursula fon der Lyayen ilə ötən ilin iyulunda əldə edilən ticarət razılaşmasını xatırladıb. Həmin razılaşma çərçivəsində əksər mallar üçün 15% tarif müəyyən olunmuşdu.
ABŞ Prezidenti yeni tarif qərarının gələn həftə qüvvəyə minəcəyini bildirib. Bu addım, İranla bağlı müharibə səbəbilə onsuz da gərgin olan qlobal iqtisadiyyatda əlavə dalğalanma yarada bilər.
Donald Tramp sosial media paylaşımında bildirib ki, Avropa İttifaqı “bizim tam razılaşdırılmış ticarət sazişimizə əməl etmir”.
O, tarif artımı ilə bağlı əlavə səbəb açıqlamayıb, lakin bu bəyanat ABŞ ilə Aİ arasında münasibətlərin xüsusilə gərgin olduğu bir vaxta təsadüf edir.
Cümə axşamı Tramp həmçinin Fridrix Merzi də tənqid edərək ona Ukrayna müharibəsinin bitməsinə fokuslanmağı, İran məsələsinə “qarışmamağı” tövsiyə edib.
EURONEWS
Lalə Qurbanlı