Tramp Çinə səfərindən əvvəl İranla müqavilə bağlayacaq?
ABŞ Prezidenti Donald Tramp Çinə edəcəyi səfərə qədər İranla razılaşmanın əldə oluna biləcəyini istisna etməyib.
"İnformator.az" xəbər verir ki, Ağ Ev lideri bu fikirləri PBS-yə verdiyi müsahibə zamanı səsləndirib.
"Bəli, bu ehtimal mümkündür. Hesab edirəm ki, bu prosesin yekunlaşması üçün kifayət qədər yaxşı şanslar mövcuddur. Əgər bu baş verməsə, biz yenidən onları rəhmsizcəsinə bombalamağa başlamalı olacağıq. Hər şey çox sadədir", - deyə ABŞ prezidenti əlavə edib.
Jurnalistlər ondan danışıqların mümkün yekunları ilə bağlı hələ də nikbin olub-olmadığını soruşublar. Ağ Ev lideri bu suala belə cavab verib:
"Düşünürəm ki, bəli. Lakin mən əvvəllər də onlarla bağlı eyni cür düşünürdüm, ona görə də gəlin nələrin baş verəcəyini gözləyək".
Qeyd edək ki, Donald Trampın Çinə səfəri mayın 14-15-nə planlaşdırılıb.