Tramp Dana Uayta Ağ Evin mətbuat katibi vəzifəsini təklif etməsi ilə bağlı zarafat etdiyini bildirib
ABŞ Prezidenti Donald Tramp UFC rəhbəri Dana Uayta Ağ Evin mətbuat katibi vəzifəsini təklif etməsinin zarafat olduğunu açıqlayıb.
Tramp bazar günü jurnalistlərə bildirib ki, Uayt bu ideyanı bəyənsə də, onun təklifi sadəcə zarafat xarakteri daşıyıb. Prezident qeyd edib ki, Uayt bazar ertəsi onunla görüşəcək, lakin bu görüş başqa məsələlərlə bağlıdır.
Xatırladaq ki, Tramp şənbə günü “Truth Social” platformasında Dana Uayta mətbuat katibi vəzifəsini təklif etdiyini yazmışdı. O, Uaytın bu vəzifəyə fərqli yanaşma gətirəcəyini vurğulamış və onu təklifi qəbul etməyə çağırmışdı.
Qeyd edək ki, Ağ Evin mətbuat katibi vəzifəsi oktyabr ayında Keti Zaxarianın cəmi beş gün işlədikdən sonra istefa verməsindən bəri boşdur. Uayt isə UFC ilə yanaşı, “PowerSlap” və “Zuffa Boxing” təşkilatlarına da rəhbərlik edir. O, həmçinin “Meta” şirkətinin idarə heyətinin üzvüdür.
BBC
Fatimə Hüseynova