Tramp Hindistanı "Sülh Şurası"na dəvət edib
Hindistan ABŞ Prezidenti Donald Trampdan Qəzza sektorunu idarə edəcək “Sülh Şurası”na daxil olmaq dəvəti alıb.
"İnformator.az" xəbər verir ki, bu barədə "ANI" agentliyi məlumat yayıb.
Agentliyin mənbələri qeyd edirlər ki, Tramp Hindistanı şuranın üzvlərindən biri olmağa çağırıb. Hazırda Dehli tərəfindən rəsmi açıqlama verilməyib.
