00:00:00
Yazar
Ayşən Səlimova
01.04.2026 19:01 10 1 dəq oxuma
Dünya

Tramp: İran atəşkəs istəyib

Tramp: İran atəşkəs istəyib

ABŞ Prezidenti Donald Tramp Truth Social hesabında bildirib ki, İran ABŞ-dən atəşkəs tələb edib. Onun sözlərinə görə, İran rəhbərliyində yeni şəxs əvvəlkilərlə müqayisədə daha az radikal və daha ağıllıdır.

 

Tramp qeyd edib ki, Hörmüz boğazı açıq, azad və təhlükəsiz olduqda atəşkəs məsələsi dəyərləndirilə bilər. O, boğazın təhlükəsizliyi təmin olunana qədər ABŞ-nin sərt mövqeyinin davam edəcəyini vurğulayıb.

 

TRT Haber

Mələk Hüseynova

#Dünya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər