00:00:00
Yazar
Elmira Ağayeva
28.05.2026 18:02 25 2 dəq oxuma
Siyasət

Tramp: İran uranı zənginləşdirməsə də, sanksiyalar yumşaldılmayacaq

Tramp: İran uranı zənginləşdirməsə də, sanksiyalar yumşaldılmayacaq

 

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın zənginləşdirilmiş urandan imtina etməsi Vaşinqtonun sanksiyaları yumşaltmasına səbəb olmayacaq. O, PBS-ə müsahibəsində sanksiyaların ləğvinin gündəmdə olmadığını vurğulayıb. Xatırladaq ki, ABŞ–İran qarşıdurması fonunda bölgədə hərbi eskalasiya, atəşkəs və nəticəsiz danışıqlar baş verib, Hörmüz boğazı ətrafında gərginlik isə qlobal enerji böhranını dərinləşdirib.


Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, hazırda İrana yenidən müdaxilə ilə bağlı çox ciddi fikirlər var Amerika Birləşmiş Ştatlarında və ABŞ-dakı yəhudi lobbisi hər vəchlə çalışır ki, yenidən İrana qarşı əməliyyatlar başlansın:

 

“Yəni bu təbii ki, İsrail maraqlarına cavab verir və düşünmək olar ki, Amerika Birləşmiş Ştatlarında bu il ərzində yenidən İrana qarşı əməliyyatların bərpa edilməsi barəsində fikirlər olacaq. Yəni bu barədə əhəmiyyətli addımlar atılacaq. Açıq şəkildə görünür ki, ABŞ heç də, yəni artıq İranla razılaşmaq niyyətində deyil. Yəni Trampın verdiyi son açıqlama istərsə də ABŞ diplomatiyasının son zamanlarda göstərdiyi fəallıqlar bunu açıq şəkildə göstərir ki, Amerika Birləşmiş Ştatlarının konkret niyyətində İranla əməkdaşlıq məsələləri yoxdur. Yəni və bu da öz-özlüyündə istər-istəməz bəzi sualların meydana gəlməsinə səbəb olur. Konkret şəkildə Amerika Birləşmiş Ştatları İrana qarşı əməliyyatlara yenidən bərpa edərsə, bu dünyada neft bazarında, yəni gərginliyə səbəb olacaq. Çünki hörmüz ətrafında yaranan gərginliklər yenidən neftin qiymətində ciddi şəkildə dəyişməsinə gətirib çıxara bilər. Paralel şəkildə bu əlaqələrin kəskinləşməsində gərginləşməsində üçüncü tərəflərin rolunun rolu əhəmiyyətli dərəcədə arta bilər və burda, yəni üçüncü tərəflər də sanki maraqlıdır münasibətlərin yenidən gərginləşməsində. Çünki bu proseslər faktiki olaraq dünyanın digər qaynar nöqtələrinə olan münasibətin nisbətən yumşal, daha doğrusu zəifləməsinə gətirib çıxarıb. Məsələn, Rusiya-Ukrayna müharibəsinə münasibət bir qədər zəifləmişdi ABŞ-İran münasibətlərində kontekstində. Hansı ki, ABŞ və İran arasındakı gərginlik, yəni Rusiya-Ukrayna müharibəsinə münasibəti bir qədər zəiflətmişdi və bütün bunların fonunda düşünürəm ki, əlbəttə ki, Amerika Birləşmiş Ştatlarının bu cür səyləri müsbət nəticələnməyə bilər. Yəni Amerika Birləşmiş Ştatları İrana qarşı nəinki münasibəti yumşaltmaq, həm də gərginlik yaradaraq yenidən hərbi əməliyyatlara başlaya bilər”.


Mələk Hüseynova

#ABŞ #İran
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər