Tramp İranı Hörmüz boğazından istifadəyə görə ödəniş almamağa çağırıb
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran Hörmüz boğazından keçən tankerlərdən ödəniş almamalıdır.
"İnformator.az" xəbər verir ki, o, bunu "Truth Social" sosial şəbəkəsində yazıb.
"İranın Hörmüz boğazından keçən tankerlərdən ödəniş aldığı barədə məlumatlar var. Əgər belə olmasaydı, daha yaxşı olardı. Əgər belədirsə, indi dayandırmaları daha yaxşı olar", - Tramp qeyd edib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.