Tramp İranın qələbə bəyanatına qəzəblənib
İran Ali Milli Təhlükəsizlik Şurasının İslam Respublikasının Amerika üzərində qələbə qazanması ilə bağlı bəyanatı ABŞ Prezidenti Donald Trampı qəzəbləndirib və o, bunu yayan CNN-i dezinformasiyada günahlandırıb.
"İnformator.az" xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında yazıb.
"CNN World News" tərəfindən yayımlanan bəyanat, CNN-in də yaxşı bildiyi kimi saxtakarlıqdır", - ABŞ Prezidenti bildirib və əlavə edib ki, İranın rəsmi bəyanatı xarici işlər naziri Abbas Əraqçinin sosial şəbəkə hesablarında bölüşdüyü sənəddir:
"O bəyanatı (Əraqçinin yaydığı sənədi) "Truth"da ("Truth Social") paylaşdım. Səlahiyyətlilər saxta "CNN World" Bəyanatının verilməsində cinayət izi müəyyən etməyə çalışırlar. CNN-ə hər zamankı kimi bərbad reportajlarına görə tam üzr istəyərək bu bəyanatı dərhal geri götürməsi əmr edilir. Araşdırmanın nəticələri yaxın gələcəkdə elan ediləcək".