00:00:00
Yazar
Admin User
15.10.2025 12:48 141 2 dəq oxuma
İqtisadiyyat

Tramp İspaniyanı cəzalandıra bilər

Tramp İspaniyanı cəzalandıra bilər

 

ABŞ NATO büdcəsi üçün xərclərini artırmaması səbəbindən İspaniyaya ikitərəfli idxal tarifləri tətbiq edə bilər.

 

Bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.

 

“Mən əslində onları buna görə tariflərlə cəzalandırmağı düşünürdüm. Və mən bunu edə bilərəm”, - Ağ Ev rəhbəri bildirib.

 

Onun sözlərinə görə, İspaniyanın NATO daxilində hərbi xərclərini digər üzv ölkələr kimi ÜDM-in 5%-nə qədər artırmaması inanılmaz dərəcədə hörmətsizlikdir.

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin İspaniyaya qarşı atdığı addımların əsas səbəbi, İspaniyanın NATO üzvü olmasına baxmayaraq, ümumdaxili məhsulun 5%-ni hərbi xərclərə ayırmaq tələbinə əməl etməməsidir:

 

 “NATO-nun qəbul etdiyi qərara əsasən, üzv ölkələr ümumdaxili məhsullarının 3,5%-ni birbaşa hərbi xərclərə, 1,5%-ni isə hərbi infrastrukturun qurulmasına yönəltməlidirlər. Yəni, ümumilikdə 5%-lik bir pay hərbi sahəyə ayrılmalıdır.

 

İspaniya isə bu tələbi yerinə yetirməkdən imtina edir. Bu mövqe ABŞ-nin narazılığına səbəb olub. Bu zaman ABŞ-nin İspaniyaya qarşı atdığı addımlar, ticarət tarifləri və ya iqtisadi məhdudiyyətlər şəklində özünü göstərə bilər”. 

 

Ekspert vurğulayıb ki, bu qərarlar yalnız İspaniya üçün deyil, bütövlükdə Avropa bazarı üçün də təsirsiz ötüşməyəcək:

 

“Çünki Avropa Birliyi ümumi bazar prinsipi ilə fəaliyyət göstərir və bir ölkəyə tətbiq olunan məhdudiyyətlər istər-istəməz digərlərinə də dolayısı ilə təsir edir. İspaniya mallarına tətbiq olunan qadağalar və tariflər Avropa iqtisadiyyatında zəncirvari təsir yarada bilər.Bu baxımdan, Tramp administrasiyasının addımlarının məqsədi İspaniyanı danışıqlar masasına gətirməkdir. Böyük ehtimalla yaxın zamanda Madrid müəyyən dərəcədə geri addım atacaq və bununla da yaranmış problemin diplomatik yolla həllinin şahidi ola bilərik”.

 

Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər