Tramp keçmiş vəkilindən təzminat tələb edir: 500 milyon dollar
Donald Tramp 2016-cı il seçkiləri zamanı şəxsi vəkili olmuş Maykl Kohenə qarşı müxtəlif iddialarla 500 milyon dollar təzminat iddiası qaldırıb.
İnformator.az NTV-yə istinadən xəbər verir ki, iş materiallarında Kohenin keçmiş müştərisinin sirlərini açıqlaması səbəbindən Trampın nüfuzuna zərər verdiyi itirdiyi iddia edilir.
Məhkəməyə təqdim edilən iş materialında Kohenin keçmiş müştərisi Trampın sirlərini açdığı, onun haqqında yalanlar yaydığı və peşə qaydalarını pozduğu iddia edilir.
Eyni zamanda sənəddə iddia edilir ki, Kohen əməliyyat xərclərinin dəyəri barədə saxtakarlıq edib və Tramp şirkəti ona layiq olduğundan 75 min dollar çox pul ödəməli olub.
Kohen 2018-ci ilin dekabrında Trampın seçki kampaniyası ilə bağlı aparılan istintaqda “yalan danışma” və “vergidən yayınma” ittihamı ilə saxlanılıb.
Covid-19 epidemiyası səbəbi ilə 56 yaşlı Kohen cəzasının qalan hissəsini Manhettendəki evində başa çatdırmaq üçün aprelin 21-də həbsdən buraxılıb və cəzasını 2022-ci ilin noyabrında başa vurub.
Fatima Mustafayeva
