Tramp Kemp-Deviddə hökumətin iclasını keçirəcək
ABŞ Prezidenti Donald Tramp bu gün Merilend ştatındakı Kemp-Devid prezident iqamətgahında Nazirlər Kabinetinin iclasını keçirəcək.
"İnformator.az" xəbər verir ki, bu barədə "Independent" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, bu görüş onun ikinci prezidentlik müddətində Ağ Evdən kənarda keçirilən ilk görüş olacaq.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, iclas uzunmüddətli müzakirələrə və administrasiya üzvləri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinə həsr olunacaq. Onun sözlərinə görə, görüş yerinin Kemp-Deviddə olması kabinet üzvlərinə "mühiti dəyişməyə" imkan verəcək.