00:00:00
Yazar
Admin User
18.01.2026 04:32 75 1 dəq oxuma
Dünya

Tramp Lula da Silvanı Sülh Şurasının təsisçilərindən biri olmağa dəvət edib

Tramp Lula da Silvanı Sülh Şurasının təsisçilərindən biri olmağa dəvət edib

ABŞ Prezidenti Donald Tramp Braziliya lideri Luis İnasio Lula da Silvaya Qəzza sektoru üzrə Sülh Şurasının təsisçilərindən biri olmağı təklif edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "CNNBrasil" telekanalı mənbələrə istinadən məlumat yayıb.

 

Məlumata görə, dəvət məktubu Tramp tərəfindən Braziliya Prezidentinə bu Cənubi Amerika respublikasının Vaşinqtondakı səfirliyi vasitəsilə göndərilib.

 

Telekanalın həmsöhbətləri Lula da Silvanın Trampın təklifini qəbul edib-etmədiyini dəqiqləşdirməyiblər.

 

Bundan əvvəl "Bloomberg" agentliyi məlumat yaymışdı ki, ABŞ Prezidentinin administrasiyası Sülh Şurasında yer almaq istəyən ölkələrin hər birindən 1 milyard dollar tələb edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər