00:00:00
Yazar
Admin User
10.06.2025 04:33 159 1 dəq oxuma
Dünya

Tramp Milli Qvardiya əsgərlərinin sayını ikiqat artırıb

Tramp Milli Qvardiya əsgərlərinin sayını ikiqat artırıb

Prezident Donald Tramp ABŞ-nin İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) reydlərinə qarşı etirazları dağıtmaq üçün Los-Anceles şəhərinə əlavə 2000 Milli Qvardiya əsgəri göndərməyi qərara alıb.


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Kaliforniya qubernatoru Qevin Nyusom "X" sosial şəbəkəsində məlumat yayıb.

 

Beləliklə, o, milli qvardiyaçıların sayını ikiqat artırıb. Daha əvvəl Tramp "Mələklər şəhəri"nə 2000 əsgərin göndərilməsini əmr edib. Nyusomun sözlərinə görə, onlardan yalnız 300 nəfəri aktiv işə cəlb olunub, "qalanları isə heç bir əmr almadan federal binalarda oturub", həmçinin yeməksiz və susuz qalıblar.


"Bu, ictimai təhlükəsizlik məsələsi deyil. Bu, prezidentin təhlükəli eqosuna dözməkdir", - qubernator bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər