Tramp: Neft hasilatı olmasa, Britaniya müflis olacaq
ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Şimal dənizində neft hasilatını artırmayacağı təqdirdə müflis ölkəyə çevriləcəyini bildirib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Elçin Rəşidov bildirib ki, Tramp siyasi cəhətdən bir qədər savadsızdır. Ölkələrin adını qarışdırır, hansı ölkədə hansı dildə danışıldığını bilmir:
"İqtisadi savadı bundan daha aşağıdır və iqtisadi bilgiləri bundan daha da aşağıdır. Və o baxımdan dedikləri Britaniya barədə doğru deyil”.
İqtisadçının sözlərinə görə, Britaniya neft gəlirlərini artırsa, xeyir etməyəcək əksinə, müflis olacaq:
“Bu fikir doğru deyil, neft gəlirlərinin, neft hasilatının həm Britaniya büdcəsinə payı, həm də iqtisadiyyatda payı çox kiçikdir. İqtisadiyyatda payı, bütün neft-qaz sektorunun 1 faizdən aşağıdır. Onun bir az artırılması nə təsir edəcək, azalması nə təsir edəcək? O 1 faizdən də aşağı bir hissənin, təxminən yarım faiz-1 faiz arasında bir hissənin bir az artması, tutaq ki, 0,7 faizdən 0,75 faizə qalxması, yaxud 0,67 faizə düşməsi ümumi iqtisadiyyata təsiri görürsünüz ki, çox marjinaldır. Britaniya öz problemlərini başqa sektorlardan həll edir”.
Selcan Xudiyeva