Tramp neft qiymətlərinin kəskin ucuzlaşacağını proqnozlaşdırıb
ABŞ Prezidenti Donald Tramp Amerika-İsrailin İranla hərbi münaqişəsi başa çatdıqdan dərhal sonra neftin qiymətinin əhəmiyyətli dərəcədə ucuzlaşacağını ehtimal edib.
"İnformator.az" xəbər verir ki, o bu barədə Ağ Evdə kiçik və orta biznesin dəstəklənməsinə həsr olunmuş tədbirdə bildirib.
"Hər kəs yanılırdı. Onlar güman edirdilər ki, enerji resursları neftin bir bareli üçün 300 dollar təşkil edəcək. Halbuki o, hazırda bir bareli təxminən 100 dollara ticarət olunur. Mən isə proqnozlaşdırıram ki, bütün bunlar başa çatdıqda neft olduqca əhəmiyyətli dərəcədə ucuzlaşacaq", - Vaşinqton administrasiyasının rəhbəri bildirib.
Onun sözlərinə görə, bu, "çox tezliklə" baş verəcək.