00:00:00
Yazar
Admin User
05.06.2025 07:05 167 1 dəq oxuma
Dünya

Tramp onların ABŞ-yə girişinə qadağa qoyub

Tramp onların ABŞ-yə girişinə qadağa qoyub

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizliyə təhdid səbəbindən 12 ölkədən olan vətəndaşların Amerikaya girişini qadağan edib.

 

"İnformator.az" xəbər verir ki, bunu “CBS Nyus”un jurnalisti Cennifer Ceykobs mənbəyə istinadən bildirib.

 

“Prezident Tramp bu axşam bir neçə ölkədən gələn vətəndaşların səyahətini qadağan edən fərman imzalayıb. Qadağa 12 ölkənin vətəndaşlarına şamil edilir: Əfqanıstan, Birma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən. Eyni zamanda, yeddi ölkənin: Burundi, Kuba, Laos, Syerra-Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşlarının ABŞ-a girişinə qismən məhdudiyyətlər tətbiq edilib”, - o bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər