Tramp-Ərdoğan görüşünün gündəmində hansı mövzular var?
ABŞ Prezidenti Donald Tramp bu gün Türkiyəyə rəsmi səfər edəcək. Daha sonra o, Ankarada keçiriləcək NATO Zirvə Toplantısında iştirak edəcək.
Tramp ABŞ prezidenti kimi ilk dəfə Türkiyəyə səfər edəcək. Tramp həmçinin 2009-cu ildən bəri Türkiyəyə rəsmi səfər edən ilk ABŞ prezidentidir. Prezident Rəcəb Tayyib Ərdoğan Donald Trampı yeni təmirdən çıxmış "Etimesgut hava limanı"nda qarşılayıb.
Trampı ABŞ dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqsetin də daxil olduğu çox böyük bir nümayəndə heyəti müşayiət edir. Prezidentlərin Beştəpədə ikitərəfli və nümayəndə heyətləri səviyyəsində görüşləri, ardınca isə mətbuata açıqlaması planlaşdırılır.
BBC
Samirə Allahverdizadə