00:00:00
Yazar
Zəri Bayramlı
07.05.2026 23:44 20 1 dəq oxuma
Dünya

Tramp və Lula da Silva ticarət məsələlərini müzakirə ediblər

Tramp və Lula da Silva ticarət məsələlərini müzakirə ediblər

ABŞ və Braziliya prezidentləri Donald Tramp ilə Lula da Silva Ağ Evdə görüşüblər.

 

"İnformator.az" xəbər verir ki, bu barədə D. Tramp "Truth Social" sosial şəbəkə hesabında bildirib.

 

"Braziliyanın enerji dolu Prezidenti Luis İnasio Lula da Silva ilə görüşüm indicə başa çatıb. Biz bir çox mövzuları, o cümlədən ticarəti və tarifləri müzakirə etdik. Görüş çox yaxşı keçib. Nümayəndələrimiz bəzi əsas məsələləri müzakirə etmək üçün görüşməyi planlaşdırırlar. Yaxın aylarda, ehtiyac yarandıqca əlavə görüşlər planlaşdırılacaq", - o yazıb.

Daha əvvəl bildirilib ki, iki liderin görüşü açıq formatda, daha sonra isə təkbətək keçirilməli idi. Lakin ABC-nin məlumatına görə, Tramp və Lula da Silvanın danışıqları Braziliya Prezidentinin şəxsi xahişi ilə mətbuat üçün qapalı formatda keçirilib.

#yeni #lula #ticarət #tramp #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər