00:00:00
Yazar
Ayan Sədi
13.04.2026 22:21 23 1 dəq oxuma
Dünya

Trampdan Hörmüz boğazı ilə bağlı kəskin qərar: Regionda hərbi eskalasiya riski artır

Trampdan Hörmüz boğazı ilə bağlı kəskin qərar: Regionda hərbi eskalasiya riski artır

Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin müttəfiqlərinin Hörmüz boğazında blokadaya başlayacağını açıqlayıb. Qərara əsasən, boğazdan keçən və İrana ödəniş edən gəmilər yoxlanılacaq və ələ keçiriləcək.

 

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, bu addım praktikada yüksək intensivlikli hərbi gərginlik deməkdir:

 

“Hörmüz boğazı üzərində blokada tətbiq edilməsi beynəlxalq hüquq və regional təhlükəsizlik baxımından son dərəcə ciddi eskalasiya hesab olunur. Beynəlxalq hüquqda blokada ya müharibə şəraitində, ya da BMT Təhlükəsizlik Şurasının mandatı ilə legitim sayılır. Əks halda, bu, başqa bir dövlətə qarşı hərbi güc tətbiqi kimi qəbul edilir. ABŞ İrana rəsmən müharibə elan etmədiyi və BMT-nin bu barədə qərarı olmadığı üçün, sözügedən addım praktikada genişmiqyaslı hərbi toqquşmaya yol aça bilər”.

 

Region ölkələrinin vəziyyətinə toxunan ekspert qeyd edib ki, Səudiyyə Ərəbistanı, BƏƏ və Oman kimi dövlətlər iqtisadi baxımdan boğazdan asılıdırlar. Onlar vəziyyətin normallaşmasında maraqlı olsalar da, ABŞ ilə təhlükəsizlik ittifaqlarını nəzərə alaraq prosesdə tam neytral qala bilməyəcəklər.

 

Blokadanın qlobal iqtisadiyyata təsiri də qaçılmazdır. Neft qiymətlərində kəskin artım və logistika zəncirinin pozulması təkcə regionu deyil, Avropa və Asiya iqtisadiyyatlarını da çətin vəziyyətə salacaq. Bir sözlə, ABŞ-nin blokada ideyası regional hərbi eskalasiyanı pik həddə çatdıra bilər.

 

Aydan Əsgərxanlı

#xəbər #regionda #gündəm #bağlı #hörmüz
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər