00:00:00
Yazar
Elmira Ağayeva
15.05.2026 20:52 28 1 dəq oxuma
Araşdırma

Trampın Çinə unudulmaz səfəri zamanı hansı məsələlər müzakirə olunub?

Trampın Çinə unudulmaz səfəri zamanı hansı məsələlər müzakirə olunub?

ABŞ Prezidenti Donald Trampın Çinə səfəri başa çatıb. Tramp və Çin lideri Si Cinpin görüşlərin uğurlu keçdiyini bildirsələr də, əldə olunan razılaşmaların detalları açıqlanmayıb.

 

 

 

Tramp Pekində keçirilən iki günlük görüşləri “çox uğurlu” və “unudulmaz” adlandırıb. Çin tərəfi isə səfəri “tarixi dönüş nöqtəsi” kimi qiymətləndirib.

 

 

 

Liderlər İran, ticarət münasibətləri və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Tramp Çinlə “möhtəşəm ticarət razılaşmaları” əldə olunduğunu desə də, konkret detallar paylaşılmayıb.

 

 

 

ABŞ Prezidenti həmçinin Çinin ABŞ-dən neft və 200 ədəd “Boeing” təyyarəsi almağa razılıq verdiyini açıqlayıb. Pekin isə bu məlumatı rəsmi şəkildə təsdiqləməyib.

 

 

 

Görüşlərdə Tayvan məsələsi də əsas müzakirə mövzularından biri olub. Si Cinpin Tayvanı ABŞ–Çin münasibətlərində ən həssas məsələ adlandıraraq mümkün qarşıdurma ilə bağlı xəbərdarlıq edib.

 

 

 

BBC-nin məlumatına görə, Vaşinqton Pekinin İrana təsir imkanlarından istifadə edərək Tehranın yenidən danışıqlara qayıtmasına çalışır.

 

 

 

BBC News

Nuray Əliyeva

#ABŞ #Çin #siyasət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər