Trampın Qəzza üzrə sülh planının ikinci mərhələsi
ABŞ Prezidenti Donald Trampın Qəzza üçün sülh planının ikinci mərhələsinin elan edilməsi ilk baxışdan irəliləyiş kimi görünə bilər.
Lakin zolağın gələcəyi və orada yaşayan 2,1 milyon fələstinlinin taleyi ilə bağlı hələ də ciddi qeyri-müəyyənlik və detallara dair boşluqlar qalır. Bundan əlavə, plan bir çox risk və tələləri də özündə ehtiva edir.
İlk növbədə, Trampın planı Qəzzada fəaliyyət göstərən HƏMAS-ın, eləcə də digər qrupların silahsızlanmağa razılaşmasını tələb edir.
Razılaşmanın ikinci mərhələsini elan edərkən ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib ki, bu tələbin yerinə yetirilməməsi “ciddi nəticələrə” səbəb olacaq.
Lakin HƏMAS indiyədək silahlarını təhvil verməkdən qəti şəkildə imtina edib və bunu İsrailin onilliklərdir davam edən hərbi işğalına qarşı müqavimət vasitəsi kimi gördüyünü açıqlayıb.
BBC NEWS
Banu Məmmədova
