00:00:00
Yazar
Admin User
18.01.2026 14:24 68 1 dəq oxuma
Dünya

“Trampın şantajına imkan verməyəcəyik”

“Trampın şantajına imkan verməyəcəyik”

"Avropalılar özlərini şantaj etməyə imkan verməyəcəklər".

"İnformator.az" xəbər verir ki, bunu Almaniya vitse-kansleri Lars Klinqbayl deyib.

“Trampın yolunu tutmayacağımız tamamilə aydındır. Özümüzü şantaj etməyə və ya təxribata məruz qoymağa imkan verməyəcəyik. Nə tariflərlə, nə sözlə. Avropalıların ABŞ-yə vahid və aydın cavab verməsi vacibdir. ABŞ-də hər kəs indi başa düşməlidir: avropalılar bununla razılaşmayacaqlar”, - Klinqbayl bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Birləşmiş Krallıq, Finlandiya və Niderlanda Qrenlandiyaya görə 1 fevraldan etibarən 10% tarif tətbiq ediləcəyini açıqlayıb.



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər