Trampın tarixi Çin səfərində hansı məsələlər müzakirə olunacaq?
ABŞ Prezidenti Donald Trumpın Çinə səfərində əsas müzakirə mövzusu ticarət münasibətləri olacaq. Görüşlər zamanı qarşılıqlı gömrük rüsumları, müvəqqəti ticarət atəşkəsinin gələcəyi, ABŞ məhsullarının Çin bazarına çıxışı və texnologiya sahəsində tətbiq olunan məhdudiyyətlər müzakirə ediləcək.
Səfərdə iri Amerika şirkətlərinin rəhbərlərinin də iştirakı konkret iqtisadi razılaşmaların gündəmdə olduğunu göstərir.
Danışıqlarda siyasi və təhlükəsizlik məsələləri də mühüm yer tutacaq. Xüsusilə İran ətrafında artan gərginlik, enerji təhlükəsizliyi və qlobal tədarük zəncirlərinin qorunması Donald Trump ilə Xi Jinping arasında keçiriləcək görüşün əsas mövzularından olacaq.
Tərəflərin münasibətlərdəki gərginliyi azaltmaq və qlobal iqtisadi sabitliyi qorumaq üçün ortaq mövqelər üzərində razılığa gəlməyə çalışacaqları bildirilir.
BBC
Mələk Hüseynova