00:00:00
Yazar
Elmira Ağayeva
11.08.2026 21:00 172 2 dəq oxuma
Araşdırma

“Trampın Türkiyədən gizli təxliyəsi sui-qəsd cəhdi ilə bağlı ola bilər”-TURAL İRFAN

“Trampın Türkiyədən gizli təxliyəsi sui-qəsd cəhdi ilə bağlı ola bilər”-TURAL İRFAN

ABŞ Prezidenti Donald Tramp iyulun əvvəlində İrandan qaynaqlandığı bildirilən təhlükə səbəbindən Türkiyəni məxfi şəkildə hərbi təyyarə ilə tərk edib.

Bu barədə “The Washington Post” (WP) mənbələrinə istinadən məlumat yayıb.


Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, İran və ABŞ arasında müharibə qaydalarına riayət olunmayan savaş gedir:

 

“Hətta liderlər bir-birinə sui-qəsd təşkil etməkdən belə çəkinmirlər. Bu, eyni zamanda hazırkı dövrdə savaş qaydalarının da dəyişdiyini göstərir. İran Körfəz ölkələrində ABŞ-nin hərbi bazalarına zərbə endirməklə yanaşı Prezident Trampa qarşı da sui-qəsd cəhdləri edir. Həmçinin Donald Trampın Türkiyədən gizli şəkildə təxliyə edilməsi ola bilsin ki, Türkiyədə ona qarşı sui-qəsd cəhdlərinin olması ilə bağlı olub. Son zamanlar İran din pərdəsi altında Türkiyədə çoxsaylı şəbəkələrini yerləşdirib və məzhəb kimliyi ilə bu zümrə getdikcə siyasi mövqeyini ortaya qoymaqdadır. Bu, zəmin yaradır ki, Türkiyədə də kifayət qədər mühafizəkar şəbəkələr yaransın. Belə bir zəmində də müəyyən təxribat əməlləri doğuracaq şərait və Türkiyə siyasətinə təsir vasitələri formalaşır. Şübhəsiz ki, İran Türkiyədə bu şəbəkədən istifadə edir. Əgər Trampın həyatına qarşı hansısa cəhd olardısa bu, Türkiyə və ABŞ arasında da münasibətlərə təsir edə bilərdi. Ümumiyyətlə bu kimi hallar durumun həddən artıq təhlükəli olduğundan xəbər verir. Lakin bu hadisənin Türkiyə-ABŞ münasibətlərinə mənfi təsir edəcəyini güman edilmir ”.


Nuray Əliyeva

#ABŞ #Tramp #Türkiyə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər