00:00:00
Yazar
Nərmin Həşimova
07.07.2026 16:40 25 1 dəq oxuma
Siyasət

“Trampın verdiyi bəyanat, Putinin açıqlaması ənənəvi açıqlamalardır”- ŞƏRH

“Trampın verdiyi bəyanat, Putinin açıqlaması ənənəvi açıqlamalardır”- ŞƏRH

Rusiya Prezidenti Vladimir Putin müharibəni bitirmək istəyir.
Bunu Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp bildirib. O, Ukrayna rəhbərliyinin də eyni istəkdə olduğunu deyib.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Sədrəddin Soltan bildirib ki, Rusiya prezidenti özünü sülhsevər kimi göstərmək istəyir:


“Ukrayna ilə danışıqlar aparmaq istədiyini dəfələrlə açıqlayıb. Eləcə də Donald Tramp müharibənin bitəcəyinə dair əvvəllər açıqlama verib. Hesab edirəm ki, bunların hamısı daha çox diplomatiya xatirinə və özünü sülhsevər göstərmək üçün verilən açıqlamalardır. Çünki Rusiyanın Ukraynada müharibədən əl çəkməsi üçün ilkin şərt atəşkəsə nail olmaqdır. Rusiya isə günü-gündən Ukraynada aktivləşir və mülki bölgələri vurur. Ötən gün Nikolayev vilayətində Azərbaycan Dövlət Neft Şirkətinin yanacaq doldurma məntəqəsini vurub. Bu baxımdan Trampın verdiyi bəyanat, Putinin açıqlaması mövqelərin dəyişməsi yox, ənənəvi açıqlamalardır. Mövqelərin dəyişilməsi üçün ciddi addımlar atılmalıdır. Bu addımların birincisi atəşkəsdir. Ukraynanın atəşkəsə nail olması, işğal edilən ərazilərinin azad olunması və s. Bəyanatlar isə mövqeyi dəyişmir, mövqe əməli işlə, imzalanan sənədlə dəyişə bilər”.


Nurgün Qənizadə

#xəbər #gündəm #şərh #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər