00:00:00
Yazar
Elmira Ağayeva
20.08.2026 22:06 89 2 dəq oxuma
Araşdırma

“TRIPP Cənubi Qafqazda yeni geosiyasi tarazlıq yarada bilər”-ŞƏRH

“TRIPP Cənubi Qafqazda yeni geosiyasi tarazlıq yarada bilər”-ŞƏRH

“TRIPP (Zəngəzur dəhlizi) layihəsinin və Naxçıvanla bağlı digər nəqliyyat-kommunikasiya layihələrinin məqsəd və vəzifələri bu gün Azərbaycan Prezidenti İlham Əliyevdən aydın şəkildə ifadə olunub. Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsinin ayrılmaz tərkib hissəsi olan Naxçıvanla birləşdirilməsinin Azərbaycanın çoxdankı arzusu olduğunu qeyd edib. Bu fikirlərdə yalnız tarixi deyil, həm də dərin strateji məna var”.
Bunu israilli politoloq Yuri Boçarov deyib.


Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, TRIPP layihəsinin reallaşması Cənubi Qafqazda siyasi və iqtisadi balansı əhəmiyyətli dərəcədə dəyişə bilər:

 

 “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının yaradılması ölkənin ərazi bütövlüyü daxilində nəqliyyat əlaqələrini möhkəmləndirməklə yanaşı, Türkiyə–Azərbaycan-Mərkəzi Asiya xəttinin strateji əhəmiyyətini artıracaq. Layihə Ermənistan üçün də regional təcriddən çıxmaq, tranzit gəlirləri əldə etmək və qonşu ölkələrlə iqtisadi münasibətləri normallaşdırmaq imkanı yaradır. ABŞ-nin bu məsələyə xüsusi diqqət göstərməsi isə Vaşinqtonun Cənubi Qafqazda yalnız diplomatik deyil, nəqliyyat, enerji və ticarət marşrutları üzərindən də uzunmüddətli mövqe qazanmaq istədiyini göstərir. Bu, eyni zamanda regionda Rusiya və İranın ənənəvi təsir imkanlarına qarşı yeni geosiyasi tarazlığın formalaşması kimi qiymətləndirilə bilər”.

 

Politoloq qeyd edib ki, TRIPP layihəsinin Azərbaycan-Ermənistan sülh prosesinə təsiri onun hansı hüquqi və siyasi mexanizmlərlə həyata keçiriləcəyindən asılı olacaq:


“Marşrut tərəflərin suverenliyi, təhlükəsizlik maraqları və qarşılıqlılıq prinsipi əsasında işləyərsə, sülh sazişini praktik iqtisadi əməkdaşlıqla möhkəmləndirə bilər.Kommunikasiyaların açılması ölkələr arasında qarşılıqlı asılılıq yaradaraq yeni qarşıdurmanın siyasi və iqtisadi qiymətini yüksəldər. Bununla belə, “dəhliz” anlayışının fərqli şərh edilməsi, nəzarət və təhlükəsizlik məsələləri razılaşdırılmasa, layihə sülhü sürətləndirmək əvəzinə yeni fikir ayrılıqlarına səbəb ola bilər. Buna görə TRIPP yalnız nəqliyyat marşrutu deyil, Bakı ilə İrəvan arasında əldə olunan razılaşmaların real həyatda işləyib-işləməyəcəyini göstərən mühüm siyasi sınaqdır”.

Nuray Əliyeva

#qafqazda #tarazlıq #bilər”-şərh #“tripp
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər