00:00:00
Yazar
Ayan Sadi
09.11.2026 22:45 53 2 dəq oxuma
Gündəm

Tullantılardan enerji istehsalı: Azərbaycanda bioqaz zavodlarının tikintisi planlaşdırılır

Tullantılardan enerji istehsalı: Azərbaycanda bioqaz zavodlarının tikintisi planlaşdırılır

Azərbaycanda tullantılardan bioqaz istehsalı məqsədilə anaerob parçalama zavodlarının tikilməsi nəzərdə tutulur. Yeni müəssisələrin yaradılması tullantıların enerji mənbəyinə çevrilməsinə, metan emissiyalarının azaldılmasına və alternativ enerji istehsalının genişləndirilməsinə töhfə verə bilər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamsında ekoloq Rövşən Abbasov bildirib ki, Azərbaycanda bioqaz müəssisələri harada tikilməlidir? 

 

“Hesab edirəm ki, bu cür müəssisələr ilk növbədə Bakı və Abşeron yarımadasında inşa edilməlidir. Çünki dünyada fəaliyyət göstərən iri bioqaz müəssisələri əsasən tullantı sularından əldə olunan çöküntülərdən qaz toplayır və onu yanacağa çevirir”.

 

Rövşən Abbasov qeyd edib ki, Azərbaycanda, xüsusilə Hövsan Aerasiya Stansiyasında bu cür çöküntülərin miqdarı kifayət qədər çoxdur:

 

“Yeni tikiləcək Lökbatan və Pirşağı qurğularında da bioqaz müəssisələrinin yaradılması mümkündür. Ümumiyyətlə, Avropa ölkələrinin əksər şəhərlərində belə müəssisələr fəaliyyət göstərir. Məsələn, Köln şəhərində bioqaz istehsalı şəhərin qaza olan tələbatının əhəmiyyətli bir hissəsini ödəyir”.

 

Ekoloqun sözlərinə görə, Bu cür müəssisələr metan emissiyalarının azaldılmasına da xidmət edir:

 

“Belə ki, onların fəaliyyəti həm istixana qazlarının atmosferə atılmasının qarşısını almağa, xüsusilə də iqlim dəyişikliyinə təsiri olduqca böyük olan metan emissiyalarını azaltmağa, həm də əhalinin bərpaolunan yanacaqla təmin edilməsinə mühüm töhfə verə bilər. İqtisadi baxımdan bu müəssisələrin səmərəliliyi kifayət qədər yüksəkdir. Lakin onların fəaliyyətinin təşkili və idarə olunması daha güclü idarəetmə mexanizmləri tələb edir. Bu məqamı da nəzərə almaq vacibdir”,- deyə ekoloq əlavə edib.

 

Nuray Dadaşzadə

#tullantılardan #enerji #xəbər #azərbaycanda #tikintisi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər