00:00:00
Yazar
Admin User
21.10.2025 19:07 194 3 dəq oxuma
Maraqlı

Turizm-iqtisadi inkişafın və mədəni körpülərin açarı

Turizm-iqtisadi inkişafın və mədəni körpülərin açarı

Turizm təkcə istirahət və səyahət demək deyil. Bu sahə həm də ölkələrin iqtisadi gücünü artıran, mədəniyyətlərarası əlaqələri dərinləşdirən mühüm bir vasitədir. Azərbaycanın təbii gözəllikləri, tarixi abidələri və milli mətbəxi hər il minlərlə yerli və xarici turistin marağına səbəb olur. 

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirib ki, turizm təkcə səyahət deyil:

 

“Turizm ölkə gəlirlərinə, insanların gəlirlərinə, vergi daxil olmalarına infrastruktora müsbət təsir göstərir. Ölkəyə daxil olan valyuta ölkə gəlirlərinin paylanmasında müsbət rol oynayır. Əlbəttə ki, bunun kimi Azərbaycanın infrastruktoru var. Turizmi prearitet sahə olaraq inkişaf etdirməyə çalışır. Baxmayaraq ki, quru sərhədlərimiz bağlıdır, turizmlə bağlı müəyyən alt işləri görülür. Ölkə dünyanın bir çox turizm sərgilərində təqdim olunur. Turizmin iqtisadi qaydalarından yararlanmaq üçün müəyyən proqramlar hazırlanır. Azərbaycanın həm təbii rekreasiya resursları, eyni zamanda, relyefi, tarixi təbii ehtiyatlarından, turizmdən kifayət qədər məhsullar təqdim edə bilər və Azərbaycan bu müddət ərzində turizm məhsulları yaratmaqla, turizmdə məhsul çeşidliyini artırmaqla əsasən turistləri daha çox ölkəmizə cəlb etmək istəyir. Təəssüflər olsun ki, regionda baş verən hadisələr, gərginliklər, müharibələr, həssas olan turizm sənayesinə dərhal təsir edir. Biz bu illərdə, xüsusən yay mövsümündə başlanan İran-İsrail müharibəsi, ondan əvvəlki qonşu regionlarda olan Rusiya, Ukrayna müharibəsi-bunlar ölkəyə gələn əsas hədəf turizm bazarları idi və oradan gələn turistlərin sayına ciddi şəkildə təsir göstərdi. Statistika da bunun turizmdə gələnlərin əcnəbilərin sayının təxminən iki faiz ə yaxın, xüsusən yay mövsümündə, bəlkə də 30, 40 faiz azalmasına səbəb olub. Amma turizmin inkişafı üçün vizalar asanlaşdırılıbdır, onlayn elektron viza alma imkanları var. Lakin hər dəfə mən bunu qeyd edirəm ki, Azərbaycanın beynəlxalq hava limanları var ki, onların da daha səmərəli işlənməsinə çalışılmalıdır. Hazırxa düşünürəm ki, Azərbaycana gələ biləcək potensial turistlərin böyük əksəriyyəti hava nəqliyyatı uçuş qiymətlərinin bahalığına görə ölkəyə o qədər də gələ bilmirlər. Çünki uçuş qiymətləri turizm paketində həlledici rola malikdir. Biz hər hansı bir iki hava limanımızın daha səmərəli işləməyinə nail ola biləriksə, ciddi şəkildə biz dönüş yarada bilərik və daha çox turistin Azərbaycana gəlməyinə nail ola bilərik. Tutaq ki, bölgədə olan hər hansı bir beynəlxalq hava limanının digər regional hava limanları ilə əlaqələrin qurulması və daha əlverişli qiymətlərin təqdim olunması ölkəmizə ciddi şəkildə turistlərin gəlməsinə səbəb ola bilər. Pandemiya dövründə turizmdə 70 faizdən çox geriləmə müşahidə olundu. Hazırda turizmin bərpası dövrü davam edir. Keçən ilki statistika göstərir ki, dünyada turizmin bərpa olundu. Azərbaycanda bu proses hələ də davam edir. Müharibə olduğu üçün quru sərhədlər hələ də bağlıdır. Buna görə də proseslər bir az gecikir. Biz təqdimatımızı xarici ölkələrdə gücləndirməliyik. Qonşu Türkiyədə ciddi potensial var, Çin bazarı üzərində işlənilir, eyni zamanda digər qonşu region ölkələrdən Azərbaycana daha çox turist qəbul edə bilərik”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər