Turizm sahəsinə marağı olan gənclər üçün yeni layihəyə start verilir
Layihədə iştirak etmək istəyən şəxslər 22 Fevral 2015-ci il tarixinədək «Gənclər Turizmi» İctimai Birliyinə müraciət edə bilər
27 Fevral-1 Mart tarixləri arasında "Gənclər üçün Turizm Məktəbi" keçiriləcək. Layihə Gənclər Turizmi İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun birgə əməkdaşlığı ilə baş tutacaq. Qatılmaq istəyənlər http://youthtourism.az/ bu ünvandan məlumat əldə edə bilərlər.
