00:00:00
Yazar
Ayan Sədi
07.07.2026 22:21 44 2 dəq oxuma
Gündəm

Türkiyə-ABŞ münasibətlərində yeni mərhələ: Tramp Ankaraya gəlir

Türkiyə-ABŞ münasibətlərində yeni mərhələ: Tramp Ankaraya gəlir

11 ildən sonra ABŞ Prezidenti Donald Tramp yenidən Türkiyəyə səfər edəcək. Səfərin ikitərəfli münasibətlər baxımından əhəmiyyətli olacağı gözlənilir.

 

Mövzu ilə bağlı siyasi şərhçi Araz Xan “İnformator.az”a açıqlamasında bildirib ki, Ankarada keçiriləcək NATO sammiti Türkiyə-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı ola, sanksiyaların ləğvi, F-35 qırıcılarının tədarükü və Türkiyənin NATO-dakı artan rolu gündəmdə yer ala bilər:

 

“Ankarada keçirilən NATO sammiti Türkiyə-ABŞ münasibətlərində dönüş nöqtəsi kimi yadda qala bilər. Düşünürəm ki, Trampın Türkiyəyə qarşı sanksiyaları ləğv etməsi və F-35 qırıcılarının tədarükünə razılıq verməsi bu istiqamətdə atılan mühüm addım ola bilər. Məsələ burasındadır ki, bu gözləntilərin baş tutması üçün ilkin siqnallar da var. Donald Trampın bir neçə gün öncə Ərdoğanı çox xoşbəxt edəcək bir şey edəcəyini deməsi bu iddianı gücləndirir. Trampın Ərdoğanla beşinci nəsil KAAN qırıcı təyyarələri üçün mühərriklərin alınması və digər müdafiə layihələrini müzakirə edəcəyi də gözlənilir.

Bütün bu gözləntilər təsadüfi deyil. Türkiyənin müdafiə sənayesi sahəsində böyük yatırımları və əldə etdiyi nəticələr indi hər kəsi Ankara ilə yaxşı münasibətlər qurmağa vadar edir. Mövcud müharibələr fonunda isə Türkiyənin önəmi daha da artır. Düşünürəm ki, ABŞ Avropada mövcudluğunu azaltdıqca yerini Türkiyəyə təhvil verəcək. Biz bu prosesi Yaxın Şərqdə də müşahidə edə bilərik. Ona görə də indi Türkiyənin artan gücündən və aldığı roldan narahat olan qüvvələr var. Amma Türkiyə bu narahatlıqlara məhəl qoymadan öz hərbi-siyasi yüksəlişini davam etdirir. Çox güman ki, Ankara sammitində Türkiyənin NATO-da alacağı yeni rol da müzakirə olunacaq".

 

Aydan Əsgərxanlı

#ankaraya #gəlir #gündəm #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər