00:00:00
Yazar
Asiman Vəliyeva
10.03.2026 12:13 21 2 dəq oxuma
Siyasət

Türkiyənin hava məkanı yüksək səviyyədə qorunur - Duran

Türkiyənin hava məkanı yüksək səviyyədə qorunur - Duran

Türkiyənin hava məkanının və sərhəd təhlükəsizliyinin qorunması məsələsində iradəsi və potensialı ən yüksək səviyyədədir.
Bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Burhanəddin Duran doqquz martda İrandan atılan ballsitik raketlə bağlı deyib.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, İrandan atılan ballistik raketlə bağlı hadisə Türkiyənin hava hücumundan müdafiə sistemlərinin regional təhlükəsizlik baxımından nə qədər vacib rol oynadığını bir daha göstərir:


“Ankara son illərdə hava məkanının qorunmasına xüsusi diqqət ayıraraq həm milli müdafiə sənayesini inkişaf etdirib, həm də çoxpilləli hava müdafiə sistemi qurmağa çalışıb. Belə hadisələr Türkiyənin radar, erkən xəbərdarlıq və raketdən müdafiə imkanlarının daim hazır vəziyyətdə saxlanmasının vacibliyini təsdiqləyir. Eyni zamanda, bu, Türkiyənin NATO üzvü kimi regional təhlükəsizlik sistemində oynadığı rolun da əhəmiyyətini artırır. Yaxın Şərqdə raket və PUA təhlükəsinin artması fonunda Ankara hava hücumundan müdafiə imkanlarını daha da gücləndirmək və yeni texnoloji sistemlərə investisiya qoymaq istiqamətində addımlarını sürətləndirə bilər.
Digər tərəfdən, belə hadisələr Türkiyənin regional təhlükəsizlik strategiyasına da təsir göstərir və Ankara balanslı siyasət yürütməyə çalışır. Türkiyə bir tərəfdən öz sərhəd və hava məkanının təhlükəsizliyini gücləndirməyə, digər tərəfdən isə regionda gərginliyin daha da artmasının qarşısını almağa çalışır. Bu baxımdan İranla diplomatik kanalların aktiv saxlanılması Ankara üçün vacibdir, çünki Türkiyə regional böhranların hərbi eskalasiyaya çevrilməsinin tərəfdarı deyil. Ankara adətən belə situasiyalarda həm təhlükəsizlik tədbirlərini gücləndirir, həm də diplomatik dialoqu qorumağa çalışır. Buna görə də hadisədən sonra Türkiyə ilə İran arasında diplomatik təmasların intensivləşməsi ehtimalı istisna deyil”.


Səadət Əlizadə

#hava #yeni #səviyyədə #xəbər #yüksək
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər