00:00:00
Yazar
Zəhra Həsənova
08.07.2026 21:27 28 2 dəq oxuma
Siyasət

“Türkiyəsiz nə regionun, nə də Avrasiyanın təhlükəsizliyini təmin etmək mümkündür” - Ekspert

“Türkiyəsiz nə regionun, nə də Avrasiyanın təhlükəsizliyini təmin etmək mümkündür” - Ekspert

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Recep Tayyip Erdoğan ilə Ankarada keçirdiyi görüş zamanı Vaşinqtonun F-35 qırıcılarının Türkiyəyə tədarükü ilə bağlı qərar qəbul etməyə hazırlaşdığını bildirib. Tramp qeyd edib ki, ABŞ ilə Türkiyə arasında münasibətlər çox yaxşıdır və Ankara uzun illər ərzində Vaşinqtona digər dövlətlərlə müqayisədə daha çox loyallıq nümayiş etdirib. Onun bu açıqlaması F-35 proqramı ətrafında uzun müddətdir davam edən müzakirələrin yenidən aktuallaşdığına işarə kimi qiymətləndirilir.

 

Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, İsveç istehsalı olan “Gripen” qırıcılarının hazırda öz sinfində lider hesab edilməsi və bu təyyarələrin Türkiyəyə verilməsi ölkənin Hərbi Hava Qüvvələrinin döyüş imkanlarını daha da artıracaq:

 

“Bu addım artıq regionda aparıcı mövqeyə malik olan Türkiyənin hərbi potensialını daha da gücləndirəcək. Türkiyənin F-35 proqramına yenidən qoşulması ABŞ prezidentinin CAATSA sanksiyalarını ləğv etməsindən asılıdır. Ehtimal olunur ki, bu prosedurlar həyata keçiriləcək. Çünki Türkiyənin iştirakı olmadan nə regionun, nə də Avrasiyanın təhlükəsizliyini təmin etmək mümkündür. Əvvəllər Türkiyəyə təzyiqlə yanaşan dövlətlər hazırda onu təhlükəsizlik məsələlərində prioritet tərəfdaş kimi qəbul edir və onunla hesablaşırlar.

Türkiyənin F-35 proqramına qayıtması NATO-nun təhlükəsizliyinə də mühüm töhfə verəcək. Türkiyə Suriyada, Liviyada, İraqda və hətta İranda təhlükəsizlik məsələlərində fəal rol oynayır.

Türkiyə Orta Dəhlizin, eləcə də Zəngəzur dəhlizinin reallaşması və fəaliyyətə başlaması istiqamətində böyük töhfələr verib. ABŞ və digər NATO ölkələri də məhz bu səbəbdən Türkiyənin regiondakı aparıcı rolunu qəbul edir və onunla hesablaşırlar. Türkiyənin bu sahədə əldə etdiyi imkanlar Azərbaycanın da nüfuzunun artmasına səbəb olur. Çünki hər iki ölkə qardaşlıq prinsipləri əsasında birgə fəaliyyət göstərərək mühüm nailiyyətlər əldə edib”.

 

Fatimə Hüseynli

#“türkiyəsiz #etmək #təhlükəsizliyini #azərbaycan #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər