Türkiyə-Somali enerji əməkdaşlığında yeni mərhələ başlayır
Enerji və Tabii Qaynaqlar naziri Alparslan Bayraktar Türkiyə-Somali enerji əməkdaşlığında yeni mərhələnin başladığını bildirib. Çağrı Bəy dərin dəniz sondaj gəmisi Somali açığında Curad-1 adlı ilk quyuda fəaliyyət göstərəcək, Oruç Rəis gəmisi isə əvvəlki araşdırmalarda ümidverici seysmik məlumatlar toplayıb.
Curad-1 Türkiyənin xaricdə həyata keçirdiyi ilk dərin dəniz sondajı olacaq. Layihənin Türkiyənin enerji imkanlarını gücləndirəcəyi, Somali iqtisadiyyatına və regional enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olunub.
TRT HABER
Mələk Hüseynova