00:00:00
Yazar
Elmira Ağayeva
08.07.2026 17:54 30 2 dəq oxuma
Siyasət

Türkiyə və Bolqarıstan qaz əməkdaşlığını genişləndirir

Türkiyə və Bolqarıstan qaz əməkdaşlığını genişləndirir

 

Türkiyə və Bolqarıstan qaz sektorunda əməkdaşlığın genişləndirilməsinə dair yeni protokol imzalayıb. Ankarada keçirilən NATO sammiti çərçivəsində imzalanan sənəd iki ölkə arasında təbii qaz nəqli potensialından daha səmərəli istifadəni və regionun enerji təhlükəsizliyinin gücləndirilməsini hədəfləyir.

 

Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov “İnformator.az” a açıqlamasında bildirib ki, söhbət Türkiyə vasitəsilə təbii qazın bir sıra Avropa ölkələrinə çatdırılmasından gedir:

 

“Əslində, Cənub Qaz Dəhlizi də məhz Türkiyə vasitəsilə Azərbaycan təbii qazının Avropa ölkələrinə çatdırılmasını təmin edir. Türkiyə ilə Avropa ölkələri arasında bu sahədə əməkdaşlıq Azərbaycanın strateji maraqlarına hər hansı ziyan gətirmir. Türkiyə qardaş dövlətdir və Azərbaycanla həm ikitərəfli, həm də çoxtərəfli platformalarda strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Eyni zamanda, Türkiyənin təbii qaza olan tələbatının əhəmiyyətli hissəsinin bir qismi Azərbaycan tərəfindən təmin olunur.
Təbii ki, bu əməkdaşlıq Türkiyə ilə Bolqarıstan arasında münasibətlərin daha da inkişafına töhfə verəcək. Bolqarıstanla Azərbaycanın əməkdaşlığı da yüksək səviyyədədir. Türkiyə ilə isə qardaşlıq və strateji münasibətlər mövcuddur. Buna görə də hər iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi Azərbaycanın strateji maraqlarına uyğundur. Hazırda Türkiyə təbii qaz hasil və ixrac edən ölkə olmadığından, onu Avropanın enerji təhlükəsizliyində əsas qaz təchizatçısı kimi qiymətləndirmək doğru olmaz. Türkiyə daha çox tranzit ölkə kimi Avropanın enerji təhlükəsizliyinə töhfə verir və bu rolun gələcəkdə daha da genişlənməsi mümkündür”.

 

Mələk Hüseynova

#Türkiyə #Azərbaycan #Bolqarıstan #qaz
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər