Türkiyə və Ermənistanın Qars–Gümrü dəmir yolunun açılması üçün atdığı addım niyə önəmlidir?
Türkiyə və Ermənistan 1993-cü ildən bəri işləməyən Qars–Gümrü dəmir yolunun bərpası və ən qısa zamanda yenidən istifadəyə verilməsi istiqamətində yeni və konkret bir addım atıblar.
Bu məqsədlə ortaq işçi qrup yaradan iki ölkə siyasi münasibətlər tam normallaşana qədər infrastruktur hazırlıqlarını başa çatdırmağı planlaşdırır. ABŞ-nin Ankara və İrəvandakı səfirlikləri bu inkişafı tarixi dönüş nöqtəsi kimi qiymətləndiriblər. 2021-ci ildə hər iki tərəfin xüsusi nümayəndələr təyin etməsi ilə başlayan Türkiyə–Ermənistan normallaşma prosesi 28 aprel tarixində Qarsda keçirilən görüşlə başda iki qonşu ölkə olmaqla, regionda əlaqələndirmə baxımından yeni mərhələyə keçib.
BBC NEWS
Səmayə Səftərova