Təyyarə qəzasında ölənlərin sayı 32-ə çatdı
Tayvanda “TransAsia Airways” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 32-ə çatıb.
Tayvanda “TransAsia Airways” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 32-ə çatıb. 12 nəfərin itkin düşüb. Təyyarənin göyərtəsində 53 sərnişin və 5 heyət üzvü olub.
Xatırladaq ki, təyyarə havaya qalxdıqdan 10 dəqiqə sonra qəzaya uğrayıb. Xilasedicilər artıq təyyarənin “qara qutu”larını sudan çıxarıblar.
Qəzanın səbəbləri araşdırılır.
