00:00:00
Yazar
Admin User
17.12.2025 17:55 86 2 dəq oxuma
Sosial

“Uğurlu olmaq” anlayışı gənclər üçün niyə dəyişib?

“Uğurlu olmaq” anlayışı gənclər üçün niyə dəyişib?

Əvvəllər uğur əsasən sabit iş, ailə qurmaq və maddi təminatla ölçülürdüsə, bu gün gənclər üçün uğur anlayışı daha fərqli məna daşıyır. Azadlıq, şəxsi xoşbəxtlik, sevilən işlə məşğul olmaq və özünü reallaşdırmaq maddi göstəricilərdən daha ön plana çıxmağa başlayıb.

 

Mövzu ilə bağlı psixoloq Günel Məmmədova "İnformator.az" saytına açıqlamasında bildirib ki, uğurlu olmaq anlayışı sosial mediaya görə dəyişib:

 

"Sosial media gənclərin uğur anlayışının formalaşmasında əsas təsir vasitələrindən birinə çevrilib. Bu platformalarda uğur çox vaxt populyarlıq, izləyici sayı, bəyənmə və “ideal həyat” görüntüləri ilə ölçülür. Gənclər tez tanınmağı, az zamanda nəticə əldə etməyi və sərbəst həyat tərzini uğur kimi qəbul etməyə başlayırlar. Bu isə klassik karyera pillələrindən keçmə anlayışını arxa plana keçirir və uğurun daha fərdi, vizual və emosional formada dərk olunmasına səbəb olur.

 

Maddi təminat hələ də vacib faktor olaraq qalsa da, artıq uğurun yeganə göstəricisi kimi qəbul edilmir. Bir çox gənc üçün sevdiyi işlə məşğul olmaq, psixoloji rahatlıq, şəxsi azadlıq və balanslı həyat maddi qazancdan daha önəmli hesab olunur. Maddi imkanlar uğurun bir hissəsi kimi dəyərləndirilsə də, təkbaşına xoşbəxtlik və özünü reallaşdırma təmin etmədiyi düşüncəsi getdikcə daha çox yayılır.

 

Nəsillərarası düşüncə fərqi bu anlayışın dəyişməsində mühüm rol oynayır. Əvvəlki nəsillər üçün uğur sabit iş, uzunmüddətli karyera və maddi təhlükəsizliklə ölçülürdüsə, yeni nəsil daha çevik, riskə açıq və fərdi seçimlərə əsaslanan həyat tərzini üstün tutur. Bu fərqlilik bəzən anlaşılmazlıq və təzyiq yaratsa da, eyni zamanda uğur anlayışının tək bir modelə sığmadığını və zamanla dəyişdiyini göstərir".

 

Ayisə Şərifova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər