UKMTO: Xarici gəmilərə Hörmüz boğazından çıxmaq üçün güzəştli dövr verilib
Bu gün ABŞ-nin tətbiq etdiyi blokada fonunda İran limanlarında olan xarici gəmilərə Hörmüz boğazından keçmək üçün məhdud güzəştli dövr verilib.
"İnformator.az" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinin (UKMTO) bəyanatında bildirilib.
Bəyanata əsasən, güzəştli dövr neytral gəmilər üçün nəzərdə tutulub, onlar İran limanlarını təhlükəsiz şəkildə tərk edə biləcəklər.
Qeyd olunub ki, bu dövrün konkret müddəti dənizçilər üçün rəsmi bildirişdə göstəriləcək və orada məhdudlaşdırıcı tədbirlərin tətbiqi şərtləri də ətraflı şəkildə izah ediləcək.