00:00:00
Yazar
Admin User
15.01.2026 12:12 83 1 dəq oxuma
Dünya

Ukrayna Ali Radası ölkə üçün zəruri olan qanun layihələrinə baxa bilməyib

Ukrayna Ali Radası ölkə üçün zəruri olan qanun layihələrinə baxa bilməyib

Ukrayna Ali Radası Avropa İttifaqından (Aİ) vəsait almaq və Beynəlxalq Valyuta Fondunun (IMF) dəstəyini qazanmaq üçün vacib olan qanun layihələrini gündəliyə daxil edə bilməyib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "RBC-Ukrayna" məlumat yayıb.

 

Qeyd olunub ki, qanun layihələrinə baxılması üçün deputatların səsləri kifayət etməyib. Daha əvvəl bildirilmişdi ki, bu gün IMF-in direktoru Kristalina Georgiyeva Ukraynanın paytaxtı Kiyevə gedib. Onun Ukrayna Prezidenti Volodimir Zelenski, Baş nazir Yuliya Sviridenko, Milli Bankın rəhbəri Andrey Pişni, eləcə də biznes nümayəndələri ilə görüşlər keçirəcəyi gözlənilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər