00:00:00
Yazar
Admin User
07.01.2026 17:27 130 2 dəq oxuma
İqtisadiyyat

Ukrayna Azərbaycan üçün qeyri-neft sektorunda strateji tərəfdaşdırmı?

Ukrayna Azərbaycan üçün qeyri-neft sektorunda strateji tərəfdaşdırmı?

Azərbaycandan Ukraynaya ötən ilin yanvar-noyabr aylarında 190,1 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.

 

Mövzu ilə bağlı iqtisadçı Günay Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, iqtisadi sahələr həm öz daxilində, həm də digər sahələrlə bir-biri ilə əlaqəlidir:

 

“Yəni Ukraynada müharibə olmasa idi, Azərbaycan bazarına bir o qədər də tələbat olmazdı. Son illərdə ixraca təşviq, dövlət dəstəyi, olmasaydı, istehsalçı nəinki Ukrayna bazarına,digər xarici bazarlara çıxmaqda çətinlik çəkəcəkdi. Əslində regionda geosiyasi balansın pozulması “Made in Azerbaijan” brendi üçün bir növ iqtisadi fürsətə çevrilib. Həmin ölkənin daxili iqtisadi bazarı tələbatını qarşılayar və ya başqa iqtisadi şərait yarana bilər. Ukraynaya qeyri-neft ixracının artırılmasının 82,3 artmasına əsas səbəb həmin ölkənin daxili tələbi ilə əlaqədardır. Əsas ixrac olunan məhsullar arasında kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz, konserva məhsulları,meyvə şirələri,polifabrikat tərkibli məhsullar ilk sıradadır. Diqqət çəkən məqam isə budur ki,ixrac potensialının artmasına rəğmən daxili bazarda bu məhsulların qiyməti bir o qədərdə inflyasiya həddini keçməyib. Bu da kənd təsərrüfatı məhsuldarlığın yüksəlməsi,digər məhsullarda istehsalın həcminin çox olması ilə əlaqədardır. Ukrayna bazarının Azərbaycan üçün qeyri-neft sektorunda strateji tərəfdarına çevrilməsinə qaldıqda isə bu hələki orta müddət üçün çevrilir. Çünki həmin ölkənin daxili bazarında hələki müəyyən boşluq var. Əgər irəli zamanda Avropaya yönəlmə olarsa, bu da Azərbaycan bazarına Avropa bazarına çıxış imkanları baxımından müsbət təsir göstərəcək”.

 

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər