Ukrayna Çinə yeni səfir təyin etdi
Zelenski Xi Jinping ilə danışıqlardan sonra Pekinə səfir təyin edib.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Pekinə yeni səfir təyin edib. Yeni səfir mart ayına qədər Ukraynanın strateji sənaye naziri vəzifəsində çalışan Pavel Ryabikindir.
Qeyd edək ki, Ukraynanın Çindəki əvvəlki səfiri Sergey Kamışev 2021-ci ildə vəfat edib, bundan sonra Ukrayna bu ölkədə nümayəndə təyin etməyib.
Fatima
