Ukrayna ilə bağlı danışıqlar təşkil etməyə hazırıq - Fidan
Türkiyə Ukrayna ilə bağlı həm texniki, həm də liderlər səviyyəsində danışıqlar təşkil etməyə hazırdır.
"İnformator.az" xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“Türkiyə Ukraynada sülh prosesinin bütün səviyyələrdə - həm texniki, həm də liderlik səviyyəsində irəliləməsinə töhfə verməyə hazırdır. Biz danışıqlar üçün platforma təmin etməyə, lazımi təşkilati dəstəyi göstərməyə və tərəflər arasında konstruktiv dialoq üçün şərait yaratmağa hazırıq”, - Fidan bildirib.