Ukrayna məhsullarının idxalına qadağa qoyan ölkələr araşdırılır
Avropa İttifaqı Ukrayna məhsullarının idxalına qadağa qoyan ölkələri araşdırmağa başlayıb.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Polşa, Macarıstan və Slovakiya öz yerli məhsullarını qorumaq üçün Ukraynadan taxıl və ərzaq məhsullarının idxalına qadağa qoyub.
24 fevral 2022-ci ildə Rusiyanın işğalından sonra Ukraynadan gələn taxıl kimi ərzaq məhsulları Şərqi Avropada böyük böhrana səbəb olub.
Ukrayna ərzaq məhsullarını daşınma problemlərinə görə Avropa ölkələrinə çatmamış Şərqi Avropa ölkələrində daha ucuz qiymətə satmaq məcburiyyətində qalan fermerlər küçələrə çıxıb.
İlk addım atan ölkə Polşa olub. Varşava hökuməti aprelin 15-də iyunun 30-dək Ukrayna ərzaq məhsullarının idxalına qadağa qoyub. Sonradan adağaya Macarıstan da qoşulub. Aprelin 17-də Slovakiyada “Ukrayna taxılında insan sağlamlığı üçün zərərli pestisidlər aşkar edilib” yazılmış bayraq asılıb
Rumıniyada fermerlər artıq bir həftədir ki, küçələrdə “Biz də Avropa Birliyi fermerləriyik” deyərək Brüsselə etiraz edərkən, Ukraynanın “uzaq qonşusu” Bolqarıstan da “Əkinçilərimizi qorumaq üçün qadağa qoya bilərik” bəyanatını verib.
Qeyd edək ki, Ukrayna dünyanın aparıcı taxıl ölkələrindən biridir. Ölkə müharibədən əvvəl hər il 400 milyon insanı təmin edən taxıl istehsal edirdi.
Xumar
