Ukrayna ordusunun komanda məntəqəsi vurulub
Rusiya Silahlı Qüvvələri Xerson vilayətinin Tyaqinka kəndində Ukrayna ordusunun briqada komandanlıq məntəqəsini və Xarkov vilayətinin Vasilyevka kəndi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin briqadası üçün müvəqqəti yerləşdirmə məntəqəsini məhv etmək üçün FAB-500 hava bombalarından istifadə edib.
"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, hücum uğurla yekunlaşıb.