00:00:00
Yazar
Admin User
30.11.2025 10:51 149 1 dəq oxuma
Maraqlı

Ukrayna "Rosneft" və "Lukoyl"a qarşı sanksiyalar tətbiq edib

Ukrayna "Rosneft" və "Lukoyl"a qarşı sanksiyalar tətbiq edib

Ukrayna Prezidenti Volodimir Zelenski "Rosneft" və "Lukoyl" Şirkətlər Qrupuna qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb.

 

"İnformator.az" ın məlumatına görə, bu barədə Ukrayna liderinin özünün telegram kanalında verdiyi bəyanatda deyilir.

 

Onun sözlərinə görə, tədbirlər ABŞ-nin sanksiya siyasəti ilə sinxronlaşdırılıb və Rusiya hərbi kompleksinin maliyyə imkanlarını zəiflətməyə yönəlib: "Mən həmçinin ilin sonuna qədər sanksiya siyasətimizin əsas prioritetlərini müəyyən etdim: sanksiyaların tərəfdaşlarla daha da sinxronlaşdırılması, Aİ-nin 20-ci sanksiya paketinin hazırlanması və kölgə donanmasına, Rusiya hərbi istehsalına, tərəfdaşlarına və təbliğatçılarına qarşı məhdudiyyətlərin gücləndirilməsi. Yaxın vaxtlarda əlavə sanksiya tədbirləri görüləcək".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər