00:00:00
Yazar
Zəhra Həsənova
13.08.2026 21:21 19 1 dəq oxuma
İqtisadiyyat

Ukrayna və Moldova arasında mühüm razılıq - İQTİSADÇI AÇIQLAYIR

Ukrayna və Moldova arasında mühüm razılıq - İQTİSADÇI AÇIQLAYIR

Ukrayna və Moldova dəmir yolu tranzitinin inkişafı və yükdaşımaların asanlaşdırılması istiqamətində razılığa gəliblər. Razılaşmanın iki ölkə arasında nəqliyyat əlaqələrinin genişləndirilməsinə, yük axınının artırılmasına və regional logistika imkanlarının gücləndirilməsinə şərait yaradacağı gözlənilir. Bu əməkdaşlığın Avropa ilə Qara dəniz regionu arasında alternativ nəqliyyat marşrutlarının inkişafına da təsir göstərə biləcəyi bildirilir.

 

Mövzu ilə bağlı iqtisadçı Əkrəm Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, Orta Dəhliz yükdaşımaların təhlükəsizliyi, sürəti və qiymət baxımından mühüm əhəmiyyət daşıyır:

 

“Yükdaşıma dəhlizlərinin, yollarının şaxələnməsi baxımından bu marşrut təhlükəsizdir və canlanmaya gətirib çıxara bilər. Metallurgiya və tikinti materialları və digər məhsulların Azərbaycana daşınması baxımından da Orta Dəhlizin əhəmiyyəti böyükdür”, - Əkrəm Həsənov qeyd edib.

 

Onun sözlərinə görə, əsas marşrutların Orta Dəhliz üzərindən keçirilməsi daşımaların sürətinə, qiymətinə və etibarlılığına təsir göstərir:

 

“Bizim əsas marşrutumuz Orta Dəhlizdir. Uzunmüddətli marşrutlarla müqayisədə sürət, qiymət və etibarlılıq baxımından Orta Dəhlizin üstünlükləri var. Bu baxımdan, mövcud imkanların bir-birini tamamlamasına şərait yaradacaq”.

 

Fatimə Hüseynli

#azərbaycan #mühüm #razılıq #yeni #ukrayna
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər