Ukraynada enerji obyektlərinə dəyən ziyanın nəticələrini aradan qaldırmaq üçün qərargah yaradılıb
Ukrayna paytaxtı Kiyevdə Rusiya tərəfindən enerji obyektlərinə edilən hücumların nəticələrini aradan qaldırmaq üçün qərargah yaradılıb.
"İnformator.az" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" energetika naziri Denis Şmıqalın bəyanatına istinadən məlumat yayıb.
Onun məlumatına görə, bu gün qərargahın ilk iclası keçirilib. "Bu cür iclaslar müntəzəm olacaq, qərargah 24/7 işləyəcək. Bizim vəzifəmiz enerji və istilik təminatı ilə bağlı vəziyyəti stabilləşdirmək üçün cari çağırışlara operativ və səmərəli şəkildə reaksiya verməkdir. Kiyev və Kiyev vilayətində qərargahın fasiləsiz fəaliyyətini təmin etmək tapşırığını verdim", - bəyanatda bildirilib. D.Şmıqal qeyd edib ki, iclas zamanı enerji infrastrukturunun qorunmasına xüsusi diqqət yetirilib. "Tədbirlər siyahısı hazırlanıb, prosesin təşkili üçün məsul şəxslər müəyyən ediləcək", - o bildirib.
