Ukraynada Sülh Marşı keçirilib
Kiyevin Müstəqillik Meydanında toplaşan etirazçılar Volnovaxa şəhərində avtobusun atəşə tutulması nəticəsində həyatını itirən dinc sakinləri yad edib.
İnformator xəbər verir ki, Ukrayna prezidenti və baş nazir də yürüş iştirakçıları arasında olub. Avtobusun atəşə tutulması nəticəsində həyatını itirən 13 nəfərin xatirsəinə hörmət əlaməti olaraq hər bir etirazçı əlində “mən Volnovaxayam” şüarı tutub.
Ukrayna prezidenti Pyotr Poroşenko: “Biz ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş hər bir ukrayniyalını xatırlayacağıq. Biz torpaqlarımızın bir metrini belə güzəştə getməyəcəyik,”- deyib.
Bu arada Ukraynanın şərqində döyüşlər davam edir. Hökumət qüvvələri və Rusiya tərəfdarları aprel ayından etibarən Donetsk və Luqanskda nəzarəti ələ keçirmək üçün mübarizə aparır.
