Ukraynalı jurnalist öldü, italiyalı jurnalist yaralandı
Ukraynalı jurnalist snayperlər tərəfindən güllələnib, italyan jurnalist isə hücum zamanı yaralanıb.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, ukraynalı jurnalist Boqdan Bitik Xerson vilayətində snayperlər tərəfindən güllələnib.
Hücum zamanı La Repubblica-nın müxbiri Korrado Zunino da yaralanıb. Zunino Xerson şəhərində xəstəxanaya yerləşdirilib və müalicəsi davam edir.
“La Repubblica” xəbər verir ki, Zunino və Bitik Xerson bölgəsində şübhəli rus snayperlərinə qarşı pusquya düşüblər. “Onların hər ikisi üzərində “Press” yazılmış gülləkeçirməz jiletlər olub”, - deyə qəzet yazır.
İtaliya mətbuatına açıqlama verən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Bitikin ölümündə rusların məsuliyyət daşıdığını bildirib. “Ruslar sizin rus, italyan və ya ukraynalı olmağınıza əhəmiyyət vermir, onlar sadəcə atəş açır”, - Kuleba deyib. Rusiya hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyib.
Ərazidə rus snayperləri fəal olduğu üçün Bitikin cəsədini çıxarmaq mümkün olmayıb.
Sayad
