00:00:00
Yazar
Aysel Mirzəyeva
26.02.2026 20:59 27 2 dəq oxuma
İqtisadiyyat Özəl

"Ukraynanın enerji infrastrukturu demək olar ki, tamamilə dağılıb "- ŞƏRH

"Ukraynanın enerji infrastrukturu demək olar ki, tamamilə dağılıb "- ŞƏRH

Ukrayna Azərbaycanı enerji, tranzit və logistika sahələrində strateji tərəfdaş hesab edir. Ukraynanın Qazaxıstandakı səfiri Viktor Mayko bildirib ki, Azərbaycanın enerji hasilatı və tranzit siyasəti regionda tədarük imkanlarını genişləndirir.

 

Enerji məsələləri üzrə mütəxəssis Sadiq Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya ilə aparılan müharibə nəticəsində Ukraynanın enerji infrastrukturu demək olar ki, tamamilə dağılıb:

 

“Ukrayna çox böyük ölkədir. Müharibədən əvvəlki dövrü götürsək, onun Qara dəniz üzərində böyük iqtisadi potensialı var idi. Həm enerji, həm kənd təsərrüfatı, həm də sənaye sahəsində yüksək səviyyədə inkişaf etmiş ölkə idi. Təəssüf ki, Rusiya ilə aparılan müharibə nəticəsində Ukraynanın enerji infrastrukturu demək olar ki, tamamilə dağılıb. Xüsusilə Donbasda, Donetsk vilayətində, Melitopol şəhərində, ümumilikdə Qara dəniz sahili boyunca, Odessa da daxil olmaqla bir çox müəssisə məhv edilib. Hazırkı vəziyyətdə Ukrayna Azərbaycan üçün tamhüquqlu enerji tərəfdaşı kimi çıxış edə bilmir. Çünki ölkədə müharibənin davam etməsi enerji tranzitinə imkan vermir. Sadaladığınız Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Supsa neft kəməri artıq fəaliyyət göstərən kəmərlərdir. Burada Ukraynanın iştirakının hansı formada olacağı tam aydın deyil. Qazaxıstan nefti gələcəkdə həmin marşrutla nəql oluna bilər. Eyni zamanda digər ölkələr də bu marşrutdan istifadə edə bilər. Yaxın zamanda bu əməkdaşlıq real görünməsə də, müharibə başa çatdıqdan sonra enerji sahəsində müəyyən əməkdaşlıq imkanları yarana bilər".

 

Aydan Əsgərxanlı

#infrastrukturu #şərh #enerji #gündəm #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər